UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” Polşa klubu “Rakuv”la cavab oyununu keçirib.
Ucnoqta.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan görüş saat 20:00-da start götürüb. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatmışdı. Oyunun 52-ci dəqiqəsində qonaq komandanın futbolçusu Fran Tudor hesabı açıb. Qarşılaşmanın 60-cı dəqiqəsində "Qarabağ" Redon Cicanın qolu ilə hesabı bərabərləşdirib. Lakin "Qarabağ"ın hesabı artırmağa gücü çatmayıb. Oyun bu hesabla da başa çatıb. (1:1)
İki oyunun nəticəsinə görə növbəti mərhələyə Polşa təmsilçisi yüksəlib.
2 avqust
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
20:00. "Qarabağ" - "Rakuv" (Polşa) - 1:1
Qollar: Tudor, 51 (0:1), Redon Cica, 60 (1:1)
Baş hakim: Sven Yablonski (Almaniya)
Bakı Olimpiya Stadionu
İlk oyun - 2:3