Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 1-də respublika parlamentinə aralıq seçkilərin və Qurcaani şəhər merinin növbədənkənar seçkilərinin keçirilməsi barədə qərar qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə MSK-nın nümayəndəsi Natia İoseliani məlumat verib.
"Oktyabrın 1-də Gürcüstan parlamentinə aralıq seçkilər və Qurcaani merinin növbədənkənar seçkiləri keçiriləcək. Bu gün Mərkəzi Seçki Komissiyası bu seçkilərin təyin edilməsi ilə bağlı müvafiq sərəncamlar qəbul edib", - o bildirib.