Avropa İttifaqının Ermənistandakı Mülki Monitorinq Missiyası Sünik bölgəsində mövcudluğunu genişləndirir.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, missiya növbəti ofisini Sünik rayonunda açıb. Gorusdakı mövcud ofisə Kapanın yeni açılmış ofisi əlavə edildi.
Məlumata görə, Aİ-nin Kafandakı missiyasının açılış mərasimində Aİ-yə üzv ölkələrin Ermənistanda akkreditə olunmuş diplomatları, Sünik vilayətinin qubernatoru Robert Qukasyan iştirak edib.