Aİ-nin Ermənistandakı missiyası Sünikdə ikinci ofisini açıb

13:41 - 2 Avqust 2023 - DÜNYA

Avropa İttifaqının Ermənistandakı Mülki Monitorinq Missiyası Sünik bölgəsində mövcudluğunu genişləndirir.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, missiya növbəti ofisini Sünik rayonunda açıb. Gorusdakı mövcud ofisə Kapanın yeni açılmış ofisi əlavə edildi.

Məlumata görə, Aİ-nin Kafandakı missiyasının açılış mərasimində Aİ-yə üzv ölkələrin Ermənistanda akkreditə olunmuş diplomatları, Sünik vilayətinin qubernatoru Robert Qukasyan iştirak edib.

Xəbər xətti