Ukrayna Müdafiə Nazirliyi 15 ay ərzində 30-dan çox PUA-nın istifadəyə verildiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov sosial şəbəkələrdəki səhifəsində yazıb.
“15 ay ərzində Müdafiə Nazirliyi artıq 30-dan çox müxtəlif tipli pilotsuz uçuş aparatlarını – kəşfiyyat, zərbə, kamikadze pilotsuz uçan aparatları və gəzinti sursatlarını istifadəyə verib/istifadə edib”, - deyə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri yazıb.
Onun sözlərinə görə, pilotsuz təyyarələr üçün sursatlar rəsmi olaraq ayrıca kateqoriya kimi yaradılıb.
Reznikov vurğulayıb ki, hazırda qurğular Ukraynada xarici komponentlərdən yığılır, lakin Kiyevin öz komponentlərini istehsal etmək planları var.