İran uzaqmənzilli raketlərlə təchiz olunmuş yeni gəmilərini təqdim edib

12:46 - 2 Avqust 2023 - DÜNYA

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri 600 kilometr mənzilli raketlərlə təchiz olunmuş yeni gəmilərini təqdim edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb. Bildirilir ki, gəmilər İrana məxsus ərazisi bir sıra ərəb ölkələri tərəfindən mübahisələndirilən Fars körfəzindəki Əbu Musa adası ərazisində SEPAH Hərbi Dəniz Qüvvələri ilə çərşənbə günü səhər başlayan təlimlər fonunda təqdim edilib.

“Sepah-in İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq İran adalarının ərazi bütövlüyünü qorumaq üçün Şahid Hacı xüsusi təyinatlılarının gəmilərini Fars körfəzində 600 kilometr mənzilli raketlərlə sınaqdan keçirib”, - deyə məlumatda bildirilir.

Xəbər xətti