Braziliya və "Real Madrid" in sabiq oyunçusu “Fluminense”nin müdafiəçisi Marselo “Argentinos Juniors”un müdafiəçisi Lusiano Sançesi ciddi zədələyib.
Ucnoqta.az xəbər verir ki, hadisə Buenos-Ayresdə Libertadores kubokunun 1/8 final mərhələsinin ilk oyunu zamanı baş verib.
Görüşün ikinci hissəsində Marselo rəqib Sançesin ətrafında driblinqlə hərəkətdə olarkən təsadüfən ayağını tapdalayıb. Bu zaman Sançesin ağır yaralanması ilə nəticələnib.
Sançesin dizinin tamamilə çıxdığını və zədədən sağalması üçün səkkiz aydan bir ilə qədər vaxt alacağını bildirilir.
Baş verənlərə görə o, qırmızı vərəqə alıb.
“Meydanda çətin anlardan keçməli oldum. Mən təsadüfən həmkarımı yaraladım. Sizə tezliklə sağalmağınızı arzulayıram, Luciano Sancez! ”, - deyə Marselo oyundan sonra sosial şəbəkələrdə rəqibinə müraciət edib.