Yaponiya ilk yerli istehsal olan COVID-19 peyvəndini təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın əczaçılıq korporasiyası məlumat yayıb. Məlumata görə, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi Yaponiyanın Daiichi Sankyo şirkəti tərəfindən istehsal olunan ölkədə ilk koronavirus peyvəndinin kütləvi istehsalına və kommersiyalaşdırılmasına icazə verib.
Pandemiya zamanı Yaponiya Amerikanın Pfizer, Moderna və Novavax şirkətlərinin, habelə Britaniya-İsveç AstraZeneca şirkətlərinin istehsal etdiyi vaksinlərdən istifadə edib.///tass