Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan sərhədində missiya yerləşdirmək məsələsinin müzakirəsinə qayıtmağa hazırdır.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib. Onun sözlərinə görə, təşkilat İrəvanın müsbət cavabını və bu təklif üzərində əsaslı işin bərpasını və müttəfiqə kömək üçün digər birgə tədbirlərin görülməsini gözləyir.