Yaponiya İtaliya ilə birgə Hərbi Hava Qüvvələri təlimlərinə başlayır

08:21 - 2 Avqust 2023 - DÜNYA

Yaponiya Hava Özünümüdafiə Qüvvələri İtaliya Hərbi Hava Qüvvələri ilə birgə təlimlərə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Hava Özünümüdafiə Baş Qərargahının saytında məlumat verilib. Təlimlər avqustun 10-dək davam edəcək. Yaponiyadan onlara dörd F-15 qırıcısı və bir Boeing KC-767 tanker təyyarəsi, İtaliyadan dörd F-35A qırıcısı, nəqliyyat təyyarəsi C-130J, üç Boeing KC-767, Gulfstream G550 biznes reaktivi əsasında iki erkən xəbərdarlıq təyyarəsi və bir hərbi təyyarə cəlb olunub. 

Xəbər xətti