Rusiyanın İrkutsk hava limanında sərnişin təyyarəsi uçuş zamanı quş sürüsü ilə toqquşub
Ucnoqta.az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun Telegram kanalı məlumat yayıb. Məlumata görə, İrkutsk hava limanında havaya qalxan zaman “Sibir” aviaşirkətinin təyyarəsi quş sürüsü ilə toqquşub.
Toqquşmadan sonra təyyarənin heyəti uçuşu dayandırmaq və hava limanının dayanacağına qayıtmaq qərarına gəlib.
Təyyarədə 124 sərnişin olub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.