Pekinə son 140 ilin ən güclü yağışı yağıb

07:56 - 2 Avqust 2023 - DÜNYA

Son bir neçə gündə Çin paytaxtına yağan güclü yağışlar son 140 ilin ən güclü yağışına çevrilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şəhərin meteorologiya idarəsi məlumat yayıb. Şəhər meteorologiya idarəsinin məlumatına görə, şimal Çanpin bölgəsindəki müşahidə məntəqələrindən birinə 744,8 mm yağış düşüb. Bildirilir ki, 1891-ci ilin iyulunda qeydə alınan əvvəlki rekord 609 mm olub.

Rəsmi məlumatlara görə, leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində Pekində 11 nəfər həlak olub, daha 27 nəfər itkin düşüb. Hakimiyyət orqanları on minlərlə sakini təxliyə edib.

Xəbər xətti