Deaflimpiya futbol oyunlarının finalı Rusiya - İran döyüşü ilə başa çatıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Sport24 məlumat yayıb. Bildirilir ki, Rusiya və İran milli komandaları arasında Deaflimpiadada futbol turnirinin final oyunu kütləvi dava ilə başa çatıb.
Məlumata görə, İran millisi 2-1 öndə idi. Hakim 5 dəqiqə əlavə edib. Əsas vaxtın sonunda hakim İranın qapısına penalti təyin edib. Onların futbolçuları və məşqçiləri penaltidən yox, hakimin daha əvvəl final fitini çalmamasından narazı qalıblar və dava düşüb”, - mənbə bildirib.
Mənbə qeyd edib ki, iranlı çalışdırıcı öz futbolçularını meydandan çıxarıb və qələbə Rusiyaya verilib.
Mənbə əlavə edib ki, “İranlılar mükafatlara belə gəlməyiblər”.