İdman brendi "Adidas" "Mançester Yunayted" ilə 1,2 milyard dollarlıq sponsorluq müqaviləsi imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hypebeast yazır.
Alman brendi daha 10 il ərzində “Mançester Yunayted”in futbolçuları üçün futbol forması təmin edəcək. Müqavilə 2035-ci ilin iyun ayına qədər etibarlıdır.
Adidas 2015-ci ildən, 23 ildir oyunçuların formalarını təmin edən "Nike"dan təhvil alındıqdan sonra klubun rəsmi tərəfdaşıdır. Həmin vaxt sövdələşmə rekord məbləğdə 750 milyon funt-sterlinq təşkil edirdi.