İsveç sərhədlərdə nəzarəti gücləndirəcək

14:56 - 1 Avqust 2023 - DÜNYA

İsveç hökuməti avqustun 3-də Quranın yandırılmasından sonra daxili sərhədlərdə nəzarətin gücləndirilməsi ilə bağlı qərar qəbul edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazir Ulf Kristersson və ədliyyə naziri Qunnar Strömmer mətbuat konfransında bildiriblər.

"Cümə axşamı günü daxili sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı qərar veriləcək. İsveçlə zəif əlaqələri olan şəxs ölkəyə cinayət törətmək üçün gələ bilməməlidir. Təhlükəli insanların ölkəyə getməməsi vacibdir", - deyə baş nazir bildirib.

Strömmer krallığa daxil olanların yoxlanışının gücləndiriləcəyini açıqlayıb.

İsveç hakimiyyəti ölkənin təhlükəsizliyi baxımından əhəmiyyətini nəzərə alaraq, kütləvi toplantılar üçün icazələrin yoxlanılmasını genişləndirməyi düşünür.

Xəbər xətti