Sankt-Peterburqda miqrantların qanunsuz qeydiyyatı ilə bağlı hostellərdə yeni axtarışlar aparılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. İstintaq miqrasiya qeydiyyatı üçün əcnəbilərə qanunsuz xidmət göstərən fiziki və hüquqi şəxsləri müəyyən edir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şəhərin bələdiyyə şuralarından birinin deputatı əcnəbi vətəndaşlar üçün saxta sənədlər hazırlayan cinayətkar birlik yaradıb. O, əlaltıları ilə birlikdə 100 mindən çox miqrantın qeydiyyatını təmin edib.///tass