Çinli tennisçi oyun zamanı hüşunu itirdi

11:45 - 1 Avqust 2023 - İDMAN

Çinli tennisçi Vu Yibin isti vurması səbəbindən Vaşinqtonda keçirilən ATP 500 turnirinin ilk dövrə görüşünü başa vura bilməyib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ilk setdə 4:1 hesabı ilə qalib gələn 23 yaşlı idmançı huşunu itirib. Dərhal həkimlər onu ayaq üstə dura bilmədiyi üçün yerə yatırıb və ilkin tibbi yardım göstəriblər.

Vu İbin səhhətinə görə yaponiyalı Yosuke Vatanuki ilə ilk tur matçını davam etdirə bilməyib. Növbəti mərhələdə Vatanuki kanadalı Feliks Auger-Aliassime ilə qarşılaşacaq.

Qeyd edək ki, Vu Yibin daha əvvəl matç zamanı huşunu itirmişdi. Amerikalı Frensis Tiafoe ilə Wimbledon 2023-ün ilk turunda idi. 23 yaşlı idmançı ürək döyüntüsünün dəqiqədə 187 döyünməsinin normadan yüksək olması səbəbindən xəstələnib.

Xəbər xətti