Kiyev iyul ayında Qərb tərəfdaşlarından qrant və kreditlər şəklində büdcəyə 5,3 milyard dollar cəlb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav JeleznyakTelegram kanalında yazıb.
“İyulda Ukrayna büdcəyə 5,3 milyard dollar cəlb edib” - o, qeyd edib.
Jeleznyak bildirib ki, Kiyev Aİ-dən 1,67 milyard dollar, Yaponiya və Dünya Bankından 1,5 milyard dollar, ABŞ-dan isə 1,25 milyard dollar alıb.
İyun ayında Ukrayna büdcəsinə Qərbdən 3 milyard dollar daxil olub.