ABŞ Bolqarıstan və Cənubi Koreya ilə Ukraynaya mərmi tədarükü ilə bağlı razılığa gəlib

11:04 - 1 Avqust 2023 - DÜNYA

ABŞ hakimiyyəti Bolqarıstan və Koreya Respublikası ilə Ukraynaya 155 mm çaplı mərmilərin tədarükü haqqında sazişlər bağlayıb, həmçinin Yaponiya ilə danışıqlar aparır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Məlumata görə, Amerika hakimiyyət orqanları istehsalı 2025-ci maliyyə ilinə qədər ayda 90 min sursat səviyyəsinə çatdırmaq niyyətindədir. Bu məqsədlər üçün, xüsusilə, Kanadanın Ontario əyalətində müdafiə müəssisələrinin yenidən təchiz edilməsi, o cümlədən Texas ştatında yeni konveyer xətlərinin tikintisi aparılır. ABŞ hökuməti Ayova, Arkanzas və Kanzas ştatlarında da oxşar komplekslər tikməyi planlaşdırır.///tass

Xəbər xətti