Hindistanda toqquşmalarda 5 nəfər ölüb, 50-dən çox yaralı var

10:18 - 1 Avqust 2023 - DÜNYA

Hindistanın Haryana ştatında məzhəblərarası toqquşmalarda ən azı 5 nəfər ölüb, 50-dən çox insan yaralanıb, iğtişaş zonalarında komendant saatı tətbiq edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindustan Times qəzeti yazıb.

Məlumata görə, qarşıdurma bazar ertəsi Nuh rayonunda baş verib. Müsəlman icmasını təmsil etdiyi iddia edilən bir qrup naməlum şəxs hindu yürüşünün iştirakçılarına daş ataraq onlara hücum edib. Hücumun dəqiq səbəbi hələ müəyyən edilməyib. Bəzi məlumatlara görə, 2023-cü ilin əvvəlində iki müsəlmanı öldürməkdə şübhəli bilinən radikal fəalın hinduların yürüşündə iştirakı ilə bağlı yayılan xəbərlər mənfi reaksiyaya səbəb ola bilərdi.

İğtişaşlar Yeni Dehlidən 50 km-dən az məsafədə yerləşən Sona şəhərində də baş verib. Çərşənbə axşamı gecə orada məscid yandırılıb, bir nəfər ölüb.

Ölən beş nəfər arasında yürüş zamanı asayişi təmin edən dəstələrin iki üzvü də var. Bir neçə polis əməkdaşı da daxil olmaqla, 50-dən çox insan da yaralanıb.

Xəbər xətti