Pekində qırmızı xəbərdarlıq

07:11 - 1 Avqust 2023 - DÜNYA

Pekinin 12 rayonunda davam edən leysan səbəbindən təbii fəlakət təhlükəsinin ən yüksək, qırmızı səviyyəsi elan edilib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın qərb hissəsində isə əhalinin qismən təxliyəsi həyata keçirilib.

"Fanşan, Mentouqou, Yanqing, Çanpinq və digər ərazilərdə bu gün də güclü yağışın davam edəcəyi gözlənilir. Ən yüksək səviyyəli qırmızı daşqın xəbərdarlığı rejimi şəhərin 12 rayonunda qüvvədə olacaq", - bildirilir.

Səlahiyyətlilər əhaliyə müraciət edərək, son dərəcə zərurət olmadıqca evlərini tərk etməməyi xahiş ediblər. Şəhərin həyatını təmin edənlər istisna olmaqla, müəssisə və idarələrə şəxsi heyətin yaşayış yeri üzrə işləmək imkanını təmin etmək tövsiyə olunur.

  İndiyədək Pekinin bu hissəsində iki ölüm faktı məlumdur.

Xəbər xətti