ABŞ-nın Texas ştatında qatarla toqquşma nəticəsində yük maşınının sürücüsü həlak olub, bir neçə vaqon relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Fox 34” telekanalı məlumat yayıb.
Məlumata görə, insident yerli vaxtla saat 11:00 radələrində baş verib. Qəza nəticəsində 5 vaqon relsdən çıxıb. Sürücü aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Telekanalın qeyd etdiyi kimi, qatar “təhlükəli maddələr” daşıyırmış.