Britaniya altı rusiyalıya qarşı sanksiya tətbiq edir

21:16 - 31 İyul 2023 - DÜNYA

Böyük Britaniya Moskva Şəhər Məhkəməsinin publisist Vladimir Kara-Murzaya qarşı aprel hökmü ilə əlaqədar altı Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bunu Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənəd sübut edir.

Qara siyahıya prokurorlar Boris Loktionov və Anna Potıçko, hakimlər Vitali Belitski, Yekaterina Doroxina və Natalya Dudar, məhkəmə-tibb eksperti Danila Mixeyev əlavə ediblər. Onların hamısının Böyük Britaniyaya girişi qadağan edilib və aşkar edilərsə, ölkədəki aktivlər dondurulacaq.

Xəbər xətti