Monqolustan baş naziri ABŞ-a səfər edəcək

17:17 - 31 İyul 2023 - DÜNYA

Monqolustan hökumətinin başçısı Luvsannamsrein Oyuun-Erdene avqustun 2-dən 6-dək ABŞ-a səfəri çərçivəsində vitse-prezident Kamala Harrislə görüşəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə MONTSAME agentliyi məlumat yayıb.

Məlumata görə, Monqolustanın baş naziri bazar ertəsi ABŞ-a rəsmi səfərə gedib. Oyuun-Erdene Harrislə söhbətdən əlavə, ABŞ administrasiyasının yüksək səviyyəli rəsmiləri ilə iqtisadi, humanitar və regional əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Monqolustan baş naziri həmçinin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA), ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) baş çəkmək niyyətindədir.

Hələlik Amerika tərəfi Monqolustanın baş nazirinin səfəri ilə bağlı rəsmi açıqlama verməyib.///tass

Xəbər xətti