Özbəkistan, Türkmənistan və İran beynəlxalq nəqliyyat dəhlizi yaradır

16:59 - 31 İyul 2023 - DÜNYA

Özbəkistanın Nəqliyyat Nazirliyi və İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri videokonfrans formatında danışıqlar aparıblar

Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, onlar beynəlxalq nəqliyyat dəhlizinin təşkili üzrə sazişin imzalanması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin İran ərazisindən keçən beynəlxalq avtomobil daşımaları üçün rüsumların azaldılması və ixrac və idxal yüklərinin daşınması üçün İranın Bəndər Abbas və Çabahor limanlarından istifadə imkanlarını müzakirə ediblər.

Danışıqçılar həmçinin Özbəkistan-Əfqanıstan-İran marşrutu üzrə beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər xətti