Stokholmda parlament binası yaxınlığında Quran yandırılıb.
Ucnoqta.az xəbər verir ki, onun təşkilatçıları, İraqdan olan miqrantlar Salvan Momika və Salvan Nəcəm Quranın bir neçə səhifəsini yandırıblar.
Minttorget meydanında əksəriyyəti jurnalistlər olan 50-yə yaxın insan toplaşıb. Momika və Nəcəm müqəddəs kitabın bir nüsxəsini təpikləyib, sonra cildin ortasındakı vərəqləri yandırdılar. Yanan nüsxəni zibil qutusuna atıblar.
Müsəlmanlar onların bu hərəkətinə ucadan etiraz ediblər. ///tass