Nigerin yeni hakimiyyət orqanları Fransaya uran və qızıl ixracını dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın BBC Yayım Korporasiyası məlumat yayıb.
Bundan əvvəl İspaniya və Almaniya Nigerlə əməkdaşlığı dayandırmaq qərarına gəliblər. Fransa Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Fransa Afrika ölkəsində konstitusiya quruluşu bərpa olunana qədər Nigerə maliyyə dəstəyi proqramlarını dayandırıb.
BBC-nin məlumatına görə, Niger dünyanın yeddinci ən böyük uran istehsalçısıdır. Fransa mətbuatının məlumatına görə, Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranın 15%-17%-i Nigerin payına düşür.