Myanma hakimiyyəti ölkədə davam edən silahlı toqquşmalar fonunda fövqəladə vəziyyəti növbəti dəfə altı ay uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Myawaddy TV telekanalı məlumat yayıb.
Məlumata görə, konstitusiyanın 425-ci maddəsinə əsasən, Milli Müdafiə və Təhlükəsizlik Şurası yekdilliklə fövqəladə vəziyyətin daha 6 ay uzadılması barədə qərar qəbul edib.
Myanmada 2021-ci ilin fevral ayından fövqəladə vəziyyət sonuncu dəfə 2023-cü ilin fevralında uzadılıb.///tass