Ukrayna ordusu iyul ayında 20 mindən çox hərbçi itirib - Şoyqu

15:00 - 31 İyul 2023 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri iyulda 21 minə yaxın əsgər və 2 mindən çox hərbi texnika itirib

Ucnoqta.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin rəhbərliyi ilə keçirilən konfransda deyib.

“Son bir ayda qoşunlarımızın uğurlu əməliyyatları nəticəsində düşmənin 20800-dən çox hərbi qulluqçusu, daha dəqiq desək, 20824 nəfəri, 2227 ədəd müxtəlif təyinatlı silah-sursat itkisi olub” - Şoyqu deyib.

Şoyqu vurğulayıb ki, Qərbin Kiyevə verdiyi silahlar döyüş meydanında uğur qazandırmır, sadəcə olaraq münaqişəni uzadır.

O, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı vəziyyətdən danışaraq bildirib ki, Rusiya Silahlı Qüvvələri düşmənin irəliləməsinə imkan verməyib.
"Ukrayna qoşunlarının müdafiəmizi yarmaq üçün genişmiqyaslı cəhdinin qarşısı Orexovski istiqamətində alınıb", - deyə nazir bildirib.

Xəbər xətti