İranda daşqınlar nəticəsində xəsarət alanların sayı artıb

14:50 - 31 İyul 2023 - DÜNYA

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində daşqınlar nəticəsində azı 400 nəfər zərər çəkib.

Ucnoqta.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətiməlumat yayıb.

Məlumata görə, əyalətin cənub-qərbində zərərçəkənlərə 15 xilasetmə qrupu yardım edib. 300-dən çox insan Qızıl Aypara çadırlarına yerləşdirilib, zərərçəkənlərə lazımi yardım göstərilib: onlara ərzaq bağlamaları, isti paltarlar və zəruri əşyalar verilib.

Sistan və Bəlucistan əyalətinin mərkəzi rayonunun rəhbəri güclü yağışlar nəticəsində kənd təsərrüfatı da daxil olmaqla bir çox infrastruktur obyektlərinin zədələndiyini bildirib.

Xəbər xətti