İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində daşqınlar nəticəsində azı 400 nəfər zərər çəkib.
Ucnoqta.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətiməlumat yayıb.
Məlumata görə, əyalətin cənub-qərbində zərərçəkənlərə 15 xilasetmə qrupu yardım edib. 300-dən çox insan Qızıl Aypara çadırlarına yerləşdirilib, zərərçəkənlərə lazımi yardım göstərilib: onlara ərzaq bağlamaları, isti paltarlar və zəruri əşyalar verilib.
Sistan və Bəlucistan əyalətinin mərkəzi rayonunun rəhbəri güclü yağışlar nəticəsində kənd təsərrüfatı da daxil olmaqla bir çox infrastruktur obyektlərinin zədələndiyini bildirib.