Rusiyada helikopter qəzasında ölənlərin sayı artıb

13:24 - 31 İyul 2023 - DÜNYA

Rusiyanın Altay diyarında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Altayda helikopter qəzası nəticəsində xəstəxanaya yerləşdirilən qadınlardan biri Barnaul xəstəxanasında dünyasını dəyişib.

Bildirilir ki, həkimlərin səyinə baxmayaraq, son dərəcə ağır vəziyyətdə olan qadınlardan biri həftə sonu dünyasını dəyişib. 

Xəbər xətti