İsrail Müdafiə Nazirliyi yaxın vaxtlarda ümumi dəyəri 60 milyon dollardan çox olan on minlərlə 155 mm-lik artilleriya mərmisi alacaq
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Müqavilə bir il ərzində yerinə yetiriləcək, artilleriya mərmilərinin 2024-cü ildə çatdırılması gözlənilir”, - məlumatda deyilir.
Təchizatçı İsrailin müdafiə konserni Elbit Systems olacaq. Saziş artıq İsrail Müdafiə Nazirliyinin baş direktoru, ehtiyatda olan general-mayor Eyal Zamir tərəfindən təsdiqlənib. Mətbuat xidməti əlavə edib ki, mərmilər İsrail Müdafiə Qüvvələrinin artilleriya bölmələri üçün nəzərdə tutulub.
///tass