ABŞ ordusu Suriyadan İraqa neft tankerləri daşıyıb

12:18 - 31 İyul 2023 - DÜNYA

ABŞ ordusu Suriyadan daha 45 neft tankerini qanunsuz olaraq İraqdakı bazalarına aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi SANA yazıb. Agentliyin mənbələrinin məlumatına görə, bazar günü 45 tanker oğurlanmış neft daşıyan ABŞ hərbçilərinin karvanı Əl-Haseka əyalətində qeyri-qanuni fəaliyyət göstərən Mahmudiyyə sərhəd-keçid məntəqəsini keçərək onların İraqdakı bazalarına doğru yola düşüb.

Qeyd edildiyi kimi, daha sonra ABŞ hərbçilərinin daha bir karvanı Əl-Valid keçid məntəqəsindən keçərək İraqa gedib. Onun yükünə “oğurlanmış” kəpək partiyası daxildir.

Xəbər xətti