Nigerdə dövlət çevrilişi həyata keçirən hərbçilər Fransa və müttəfiqlərini ölkənin devrilmiş prezidenti Məhəmməd Bazumu azad etmək üçün hərbi əməliyyata başlamaq niyyətində ittiham ediblər.
Ucnoqta.az xəbər verir ki, bu sözləri dövlət televiziyasında qiyamçılar tərəfindən yaradılan Vətənin Xilaskarlığı Milli Şurasının sözçüsü polkovnik Amadu Abdraman deyib.
Abdraman bildirib ki, Fransa Nigerin işlərinə hərbi müdaxilə üçün imkanlar axtarır. Abdraman, Nigerin keçmiş Xarici İşlər və Əməkdaşlıq Naziri Asumi Məsud adından verilmiş sənədin əlində olduğunu iddia edib.
Sənədin həqiqiliyini yoxlamaq hələ ki mümkün olmayıb.///tass