Çin və Gürcüstanın hakimiyyət orqanları iki ölkə arasında strateji tərəfdaşlıq qurulduğunu elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, müvafiq qərar Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Çinə hazırkı səfəri zamanı qəbul edilib. Mətni agentlik tərəfindən yayılan birgə bəyanata görə, Pekin və Tbilisi həm siyasi qarşılıqlı əlaqəni, həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində əməkdaşlığı artırmağı planlaşdırır.