Yaponiyada 260-dan çox aviareys təxirə salınıb

07:29 - 31 İyul 2023 - DÜNYA

Yaponiyada Kanun qasırğasının ölkənin cənub bölgələrinə yaxınlaşması ilə əlaqədar ən azı 264 aviareys təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Uçuş cədvəlində dəyişikliklər əsasən turistlər arasında populyar olan Okinava prefekturasından, eləcə də cənub-qərbdəki Kyuşu adasındakı Kaqosimadan keçən marşrutlara təsir göstərir.

Meteoroloqların proqnozlarına görə, bu rayonlarda küləyin sürəti 25-40 m/s-ə çata bilər. Güclü yağış da gözlənilir. Yaxın günlərdə orada 100 mm-dən çox yağıntı düşə bilər.

Xəbər xətti