Türkiyə ordusu Suriyanın şimalında PKK-nın 12 silahlısını məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
Bildirilir ki, Suriyanın şimalında “Fərat Qalxanı” bölgəsində PKK terrorçularına qarşı uğurlu əməliyyatlar nəticəsində açdıqları atəşə cavab olaraq 12 yaraqlı məhv edilib.