Türkiyədə güclü yanğın

14:31 - 29 İyul 2023 - DÜNYA

Türkiyənin cənub-qərbindəki Dənizli şəhərində təkrar emal anbarında güclü yanğın baş verib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının səbəbi hələ müəyyən edilməyib.

Şəhərin bir çox yerindən qatı tüstü görünür.

Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polis göndərilib. Yanğınsöndürmə briqadaları yanğını söndürməyə başlayıb.

Xəbər xətti