"Rusiya sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır" - Rusiya XİN

20:29 - 28 İyul 2023 - DÜNYA

Rusiya Xarici İşlər Nazirliyi Taqanroqa hücumdan sonra Rusiyanın sərt tədbirlər görmək hüququnu bəyan edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir. Rusiya Taqanroqa və Moskva vilayətinə hücumdan sonra sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Diplomat Rusiyanın bu hücumları qətiyyətlə pislədiyinə diqqət çəkib. "Onların heç bir hərbi mənası yox idi" - deyib.

Zaxarova vurğulayıb ki, Moskva "beynəlxalq ictimaiyyəti və təşkilatları Ukrayna hakimiyyətinin terror üsullarından istifadəsini pisləməyə" - çağırır.

Xəbər xətti