Qətər Ukraynaya 100 milyon dollar ayırıb

20:04 - 28 İyul 2023 - DÜNYA

Qətər humanitar layihələrə dəstək çərçivəsində Ukraynaya 100 milyon dollar ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal deyib. 

Hökumət başçısı əlavə edib ki, pul səhiyyə və təhsilə, eləcə də minalardan təmizləməyə yönəldiləcək.

Şmıqal əlavə edib ki, tərəflər iqtisadi, ticarət və texniki sahələrdə əməkdaşlıq haqqında razılığa gəliblər.

Xatırladaq ki, Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani cümə günü elan olunmamış səfərlə Kiyevə gəlib.

Xəbər xətti