Avropa İttifaqı Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirərək Rusiya Federasiyasının 7 nəfərini və 5 təşkilatını qara siyahıya salıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.
Aİ Şurası hesab edir ki, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan yeddi fiziki şəxs və beş qurum siyahıya əlavə edilməlidir. Qara siyahıya Xaricdə Rusiya İnstitutu, ANO "Dialoq", "İnforos" informasiya agentliyi, Sosial Dizayn Agentliyi, "GK Structure" MMC, həmçinin onların təsisçiləri və rəhbərləri daxildir.