UEFA "Barselona"ya Çempionlar Liqasında iştirak etməyə icazə verəcək.
Ucnoqta.az Offsideplus.az-a istinadən xəbər verir ki, qurum adı korrupsiyada hallanan klubla bağlı araşdırmaları aparsa da, klub avrokuboklarda iştirak edə biləcək. Bu barədə UEFA-dan açıqlama yayılıb.
Araşdırmada yenilik ortaya çıxsa, UEFA "Barselona" klubunu cəzalandıra biləcək.
Qeyd edək ki, "Barselona"nın 2001-2018-ci illərdə İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya pul ödədiyi iddia edilir.