"Bütün ərazinin tam mühafizəsi üçün Ukraynaya 10-12 “Patriot” sistemi lazımdır”
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “The Guardian”a müsahibəsində bildirib.
"İndi hava hücumundan müdafiə sistemlərinin olmaması səbəbindən bütün ərazinin 100% mühafizəsinə zəmanət verə bilməz".
Podolyak əlavə edib ki, Odessaya son zərbələr hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin həm iqtisadi, həm də mənəvi baxımdan düzgün olduğunu göstərdi.
"Bütün bunları sonradan düzəltmək cənubu qorumaq üçün Patriot sistemini təmin etməkdən daha baha başa gələcək" - o, deyib.
Əlavə edirik ki, hazırda Ukraynada 2 "Patriot" sistemi var.