Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlardan danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ikinci Rusiya-Afrika sammitinin plenar iclasında deyib.
“Bütün problemlər danışıqların gedişində həll olunmalıdır, lakin onlar bizimlə danışmaqdan, o cümlədən strateji təhlükəsizlik məsələlərindən imtina edirlər”.
Onun sözlərinə görə, ABŞ və NATO, eləcə də Ukrayna özləri Rusiya Federasiyası ilə danışıqlardan imtina edirlər, baxmayaraq ki, Moskva onlara hazırdır.