Qətərin baş naziri Kiyevə gəlib

14:50 - 28 İyul 2023 - DÜNYA

Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani gözlənilməz səfərlə Kiyevə gəlib

Ucnoqta.az xəbər verir ki, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan edib. Bildirilir ki, o, burada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Bundan əlavə, Qətərin baş naziri Ukraynanın baş naziri Denis Şmıqal və bu ölkənin xarici işlər naziri Dmitri Kuleba ilə görüşməyi planlaşdırır.

Xəbər xətti