Yunanıstanda helikopter qəzaya uğrayıb

13:24 - 28 İyul 2023 - DÜNYA

Samos adasında şəxsi helikopter qəzaya uğrayıb, göyərtəsində olan iki nəfər yüngül xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, helikopter Paros adasından uçaraq Türkiyəyə doğru gedirmiş. O, yanacaq doldurmaq üçün Samos aerodromuna eniş zamanı uçuş-enmə zolağına çırpılıb. Helikopterin quyruğu qopsa da, yanmayıb.

Təyyarədə yüngül xəsarət alan iki nəfər olub. Kanal qeyd edir ki, pilot profilaktik müayinələr üçün təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Xəbər xətti