Samos adasında şəxsi helikopter qəzaya uğrayıb, göyərtəsində olan iki nəfər yüngül xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, helikopter Paros adasından uçaraq Türkiyəyə doğru gedirmiş. O, yanacaq doldurmaq üçün Samos aerodromuna eniş zamanı uçuş-enmə zolağına çırpılıb. Helikopterin quyruğu qopsa da, yanmayıb.
Təyyarədə yüngül xəsarət alan iki nəfər olub. Kanal qeyd edir ki, pilot profilaktik müayinələr üçün təcili yardım maşını ilə xəstəxanaya aparılıb.