Rusiya tərəfindən Afrika ölkələrinin silinmiş borcunun məbləği 23 milyard dollardır
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin iclasında bildirib.
Onun sözlərinə görə, Afrikanın bağışlanmış borcunun ümumi məbləği 23 milyard dollardır.
Putin əlavə edib ki, Rusiya hər zaman qida məhsullarının məsul tədarükçüsü olacaq və ehtiyacı olan ölkələrə və bölgələrə bu tədarükləri davam etdirəcək.