Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri komanda işini təkmilləşdirmək üçün F-35A və F-16 qırıcılarının iştirakı ilə birgə təlim keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndəsi məlumat verib.
Buddy Squadron proqramı çərçivəsində beş günlük manevrlər bazar ertəsi Seuldan 112 km aralıda yerləşən Cheongju şəhərində yerləşən 17-ci Qırıcı Qanadda başlayıb.
Qeyd olunur ki, F-35A ilk dəfə təlimlərə cəlb olunub.